Qlobal Cənub QHT Platforması çərçivəsində “Firavan Gələcək üçün D-8 Əməkdaşlığı" müzakirə olunub
Qlobal arenada fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) arasında əlaqələrin genişləndirilməsi üçün "yol xəritəsi"nin qəbulu vacibdir.
"Report" xəbər verir ki, bunu İndoneziyanın İnformasiya Texnologiyaları və Açıq Cəmiyyət Təşkilatının rəhbəri İrvan Nanda Qlobal Cənub QHT Platformasının təsis forumu çərçivəsində baş tutan “Firavan Gələcək üçün D-8 Əməkdaşlığı" panel müzakirədə deyib.
O bildirib ki, bu gün bəzi ölkələrdə hökumətlər ictimai təşkilatların mövqeyi və təklifləri nəzərə alınmır:
"Bu gün texnologiyaların yaratdığı imkanlar sayəsində bir sıra qeyri-hökumət təşkilatları öz fəaliyyətlərini sosial media üzərindən daha da genişləndirir, beləliklə də elektron icmalar formalaşır. Hesab edirəm ki, qlobal səviyyədə qeyri-hökumət təşkilatları arasında əməkdaşlığı gücləndirmək üçün "yol xəritəsi"nin qəbul edilməsi zəruridir. Mən çıxışımın sonunda Azərbaycanın rəhbərliyinə də təşəkkür etmək istəyirəm ki, bizim öz problemlərimizi daha səmərəli müzakirə etməyimiz üçün şərait yaradıb".
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov isə Azərbaycanın Qarabağ zəfərindən sonra ictimai sferadakı birliyin önəmindən danışıb:
"Hesab edirəm ki, bu gün buradakı həmrəylik bütün iştirakçı ölkələrin ictimai birliklərini əhatə etməli, eləcə də ölkələr arasında təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlığın inkişafına xidmət etməlidir. Bu baxımdan, Azərbaycan kimi dövlətlərin təhsil, səhiyyə və digər sahələrdə qazandığı təcrübəni kiçik ölkələrlə bölüşməsi vacibdir. Xüsusilə də Azərbaycanın Qarabağ zəfərindən sonra bu, çox önəmlidir. Hesab edirəm ki, bu gün Azərbaycanda ictimai təşkilatlar arasında olan ittifaq gələcək nəsillərə də ötürülməlidir".
Banqladeşin SETU qeyri-hökumət təşkilatının rəhbəri Abdul Quader isə təmsilçiləri Banqladeş ilə ticarət əlaqələri qurmağa səsləyib:
"Mən inanıram ki, Bakıda keçirilən və yüksək səviyyədə təşkil olunan bu mühüm konfrans Qlobal Cənubu təmsil edən ictimai təşkilatların dünya ictimaiyyətinin bir parçası qismindəki mövqeyinin daha da gücləndirilməsinə dəstək verəcək. Mən təklif edərdim ki, qlobal aləmin təmsilçiləri bizim ölkələrlə ticarət əlaqələri qurmağa maraq göstərsinlər. Çünki bunun üçün böyük potensialımız mövcuddur. Sərhədlər dünyada sadəcə siyasi məqsəd daşıyır. Bəşəriyyət arasında, dünya ölkələri səviyyəsində heç bir sərhəd olmamalıdır".
Malayziyanın ictimai sektorunun təmsilçisi Muhammad Naufal panel müzakirədən çıxan nəticələrə əsasən gələcəkyönümlü müsbət təşəbbüslərə nail olunacağına ümid bəslədiyini vurğulayıb:
"Qlobal Cənubu təmsil edən ölkələrdə yaşayan milyonlarla insan bu tədbirdən real təşəbbüslər gözləməkdədir. Həmin təşəbbüslər gələcəkyönümlü olmalıdır. Ölkələrin siyasi-iqtisadi inkişafında inklüziv dialoqun, investisiyaların həcminin artırılmasının, eləcə də qeyri-hökumət təşkilatları tərəfindən irəli sürülən təşəbbüslərin mühüm rolu var. Hesab edirəm ki, bu təşəbbüslər artırılmalı və təşviq edilməlidir".
Türkiyə və Azərbaycan İş Adamları və Sənaye İctimai Birliyinin sədri Hüseyin Büyükfırat isə Azərbaycanın Qarabağ zəfərinin vətəndaş cəmiyyətinə də müsbət yöndə təsir etdiyi vurğulayıb:
"Bu gün Azərbaycanın Qarabağda əldə etdiyi qələbədə dövlətlə vətəndaş cəmiyyəti arasındakı həmrəyliyin böyük rolu var. Bu gün Bakıda vətəndaş cəmiyyəti nümayəndələrinin bir araya gəlməsi bu baxımdan mühüm önəm daşıyır. Hesab edirəm ki, biz bundan sonra da hər iki dövlətin vətəndaş cəmiyyəti nümayəndələri arasında əməkdaşlığı daha da gücləndirməli və təşviq etməliyik".
Foto: Samirə Həsənova
Oxşar xəbərlər
Qlobal Cənub QHT Platformasının Təsis Forumunun ikinci günü keçirilib - FOTO - YENİLƏNİB
Aygün Əliyeva: Qlobal Cənub QHT Platforması Azərbaycan üçün növbəti yenilikdir
Mövlud Çavuşoğlu: Qlobal Bakı Forumu ilə Antalya Forumu arasında əməkdaşlıq imkanları müzakirə ediləcək
Gələn ay 100-ə yaxın ölkənin QHT-ləri Bakıda toplaşacaq
Qlobal Cənub QHT Platformasına rəhbərlik Azərbaycana verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
İsrail ordusu Livanın cənubunda daha bir zabitini itirib
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
Qrossi: BƏƏ-dəki AES-ə hücum kütləvi radiasiya yayılmasına səbəb ola bilər
-
Ərdoğan Von der Leyenlə Hörmüz boğazını müzakirə edib
