Pekin Azərbaycanın ŞƏT-də statusunun yüksəldilməsi planlarını dəstəkləyir
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) dialoq üzrə mühüm tərəfdaşıdır.
"Report"un məlumatına görə, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey bazar ertəsi günü keçirilən mətbuat konfransında bildirib.
"Çin Azərbaycanın ŞƏT-də hüquqi statusunun yüksəldilməsini dəstəkləyir və təşkilatın beynəlxalq nüfuzunun artırılması məqsədilə Azərbaycanın ŞƏT çərçivəsində əməkdaşlıq təşəbbüslərini alqışlayır", - deyə diplomat bildirib.
Mey həmçinin vurğulayıb ki, Çin ticarət və investisiyalar, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı və yaşıl inkişaf da daxil olmaqla, müxtəlif istiqamətlərdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Azərbaycanla qarşılıqlı fəaliyyət üçün ŞƏT platformasından istifadə etməyə hazırdır.
Oxşar xəbərlər
Çin Azərbaycanın ŞƏT-də hüquqi statusunun artırılmasını dəstəkləyir
Narışkin: Rusiya Azərbaycanın ŞƏT-də müşahidəçi statusu almasını dəstəkləyir
Çin Azərbaycanın COP29-da sədrliyini tam dəstəkləyir
Hunşen Şen: "Pekin və Bakı energetika sahəsində möhkəm əməkdaşlıq qurub"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
