Çin Azərbaycanın ŞƏT-də hüquqi statusunun artırılmasını dəstəkləyir
Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) hüquqi statusunun artırılmasını dəstəkləyir.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə aprelin 23-də Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədr Si Cinpinin imzaladıqları “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da qeyd olunub.
Bildirilib ki, Azərbaycan Çinin ŞƏT-ə sədrliyini dəstəkləyir və Çin tərəfinin ŞƏT-in keyfiyyətcə inkişafı üçün göstərdiyi əməli səylərini yüksək qiymətləndirir:
"Azərbaycan “ŞƏT-in Dayanıqlı İnkişaf İli” tədbirlərində fəal iştirak etməyə və Təşkilatın üzv ölkələri ilə hərtərəfli əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirir".
Oxşar xəbərlər
Çin Azərbaycanın tezliklə Ümumdünya Ticarət Təşkilatına üzv olmasını istəyir
Azərbaycanla Çin hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat imzalayıb - MƏTN
Azərbaycanla Çin arasında hərtərəfli strateji əməkdaşlıqla bağlı Birgə Bəyanat imzalanıb
Duma Moskva ilə Pxenyan arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişi ratifikasiya edib
Azərbaycan Prezidenti Çinin Baş nazirinin müavini ilə görüşüb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













