Azərbaycan ATƏT-ə azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində əməkdaşlıq təklif edib
Bu gün azad edilmiş ərazilərdə bərpa quruculuq işləri həyata keçirilir, hər ay keçmiş məcburi köçkünlərin qayıdışı həyata keçirilir.
Sizinxeber.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, azad edilmiş ərazilərdə yeni yollar çəkilir, 2 hava limanı fəaliyyət göstərir: “Bir hava limanı da yaxın zamanda açılacaq. Azad edilmiş ərazilərdə həmçinin universitet fəaliyyət göstərir. Həmin ərazilər artıq tikinti meydançasına deyil, insanların yaşadığı ərazilərə çevrilir. Bu istiqamətdə ən böyük çətinlik mina çirklənməsidir. Ümumilikdə bu ərazilərdə Ermənistan tərəfindən 1 milyondan çox mina basdırılıb. Bu istiqamətdə bizim müvafiq dövlət qurumlarımız, xarici təşkilatları cəlb edilməsi ilə xeyli iş həyata keçirilib. Amma işin miqyası o qədər böyükdür ki, növbəti illərdə də bu iş davam edəcək. Bu müddət ərzində ümumilikdə 400-ə yaxın insanımız mina qurbanı olub, 70-i həyatını itirib. Bunların böyük əksəriyyəti mülki şəxslərdir. Bu gün azad edilmiş ərazilərdə bərpa quruculuq işləri ilə bağlı ATƏT-də potensial əməkdaşlıq edilməsi, mina təmizləmə sahəsində əməkdaşlıq bizim üçün maraqlı ola bilər”.
Oxşar xəbərlər
MN: Azad edilmiş ərazilərdə bu il 955 mina, 1405 PHS aşkarlanıb - VİDEO
ANAMA: Qazaxın azad edilmiş kəndlərində indiyədək 875 mina və 32 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib
Qazaxın azad edilmiş kəndlərində aşkarlanmış minaların sayı məlum olub
Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə müzakirə etdiyi məsələləri açıqlayıb
Azad edilmiş ərazilərdə ötən ay 649 mina, 3079 PHS aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
-
Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb
-
“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır
-
Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?
-
Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib
-
Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?












