Pekin Universitetinin müəllimi: Azərbaycan dili həyatımı köklü şəkildə dəyişdi
Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili müəllimi Yuhuan Tanq Azərbaycan dili və mədəniyyətinə olan heyrətamiz sevgi hekayəsini bölüşüb.
O, “Sizinxeber.az”un Pekinə ezam olunmuş müxbiri ilə söhbətində Azərbaycan dilinin onun həyatını köklü şəkildə dəyişdiyini vurğulayıb.
Y.Tanq yeddi il bundan əvvəl Pekin Xarici Dillər Universitetinin tələbəsi olarkən Azərbaycan dilini öyrənməyə başlayıb. Universiteti bitirdikdən sonra o, Bakıdakı Xəzər Universitetində təhsilini davam etdirməyə qərar verib və orada iqtisadiyyat və Azərbaycan dili üzrə magistr dərəcəsi alıb.
"Xəzərin sahilində keçirdiyim iki il həyatımın ən xoş xatirələrindən biri oldu. Mən təkcə Azərbaycan dilini mükəmməl şəkildə öyrənmədim, həm də mənim üçün ikinci ailəyə çevrilən bir çox dostlar qazandım", - Y.Tanq qeyd edib.
Y.Tanq artıq bir ildir ki, Pekin Xarici Dillər Universitetində Azərbaycan dili müəllimi işləyir. O, həyatını Çində Azərbaycan dili və mədəniyyətinin tədrisi və populyarlaşdırılmasına həsr etməkdən xoşbəxt olduğunu söyləyib.
Oxşar xəbərlər
BDU-nun baş müəllimi vəfat edib
Din Tao: Çin azərbaycanlı turistlərin ölkəyə girişini sadələşdirməyə çalışır
Növbəti xarici dillər üzrə fəlsəfə doktoru imtahanı dekabrın 1-də keçiriləcək
Xaricdə yaşayan azərbaycanlılar üçün Azərbaycan dili dərsliyi çap olunacaq
UNESCO-nun Türkiyə Milli Komissiyasının sədri: Dünyada digər dillər kimi, Türk dili Günü də qeyd edilməlidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
