Bakıda Belarus-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
“Bu il ərzində Bakıda Belarus-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclası keçiriləcək”.
APA-nın xəbərinə görə, bunu Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç mətbuat nümayəndələri ilə görüş zamanı bildirib.
O, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına dair birgə tədbirlər üzrə Yol Xəritəsinə əsasən Ağdamda yaradılması planlaşdırılan Aqroşəhərin 2027-ci ildə fəaliyyətə başlayacağını açıqlayıb: “Aqroşəhərin təşkil olunması üzrə işlər davam etdirilir. Prinsip etibarilə onun 2027-ci ildə fəaliyyətə başlaması nəzərdə tutulur. Mən işğaldan azad edilmiş ərazilərdə görülən işlərdən son dərəcə məmnunam”.
Diplomat eyni zamanda, işğal faktoru ilə yaxşı tanış olduğunu diqqətə çatdırıb: “Qarabağa səfər etdiyimdə orada gördüyüm dağıntıların miqyasını, xüsusilə də dağıdılmış kəndləri görmək məni heyrətə gətirdi. Füzuli rayonundan keçərkən mən minatəmizləmə işlərini müşahidə etdim. Ağdamda həyata keçirilən təmir-bərpa işləri, xüsusilə də xəstəxananın inşası tempindən məmnun oldum".
Səfir bildirib ki, Belarus və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq özündə müştərək tədris proqramlarının hazırlanmasını ehtiva edir.
O deyib ki, Belarus Azərbaycanla sənaye və texnologiyalar, eləcə də təhsil sahəsində əməkdaşlığın inkişafında maraqlıdır.
Oxşar xəbərlər
Azərbaycan və Belarus son 5 ildə aqrar məhsulların ticarətini 70 %-dən çox artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əli Əsədov Moldova Baş nazirinin müavini ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
CGİAR: İqlim dəyişikliyi və ərzaq təhlükəsizliyi bir-birinə sıx bağlıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Londonun mərkəzində fermerlər etiraz aksiyası keçiriblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
İqlimə davamlı kəndlər üzrə forumun yaradılması ilə bağlı bəyannamə imzalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













