Çin şirkətləri işğaldan azad olunmuş ərazilərə investisiya qoymağa dəvət edilib
Çin şirkətləri işğaldan azad olunmuş ərazilərə investisiya qoymağa dəvət edilib.
Sizinxeber.az-nın xəbərinə görə, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasında işğaldan azad edilmiş ərazilərdə yaranan yeni reallıqlar fonunda mövcud geniş imkanlar xüsusilə vurğulanıb.
Komissiyanın həmsədri, Baş nazirin müavini Şahin Mustafayev Çin rəsmilərinə işğaldan azad olunmuş ərazilərindəki həyata keçirilən müasir infrastruktur layihələri və gələcək iqtisadi perspektivlər haqqında ətraflı məlumat verərək, Çin şirkətlərini bu ərazilərə investisiya yatırmağa dəvət edib.
İclasda qeyd edilib ki, Azərbaycan ilə Çin arasında baramaçılığın inkişafı sahəsində səmərəli əməkdaşlıq əlaqələri qurulub və bu əməkdaşlığın işğaldan azad edilmiş ərazilərin bərpasında özünü daha qabarıq şəkildə nümayiş etdirəcəyi gözlənilir. Belə ki, tərəfdaşlar tərəfindən Xocalı şəhərində əkilməsi üçün artıq 130 min tut tingi gətirilib. Layihənin uğurlu nəticələr verəcəyi proqnozlaşdırılır.
Oxşar xəbərlər
Azərbaycan-Çin Hökumətlərarası Komissiyasının 10-cu iclası keçirilib
Azad olunmuş ərazilərdə fəaliyyət göstərən bir sıra işəgötürənlərlə görüş olub
Azad olunmuş ərazilərə köçürülən sakinlərdən 4 minədək şəxsin məşğulluğu təmin edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
