Mixeil Kavelaşvili: Gürcüstan və Azərbaycan strateji dostluğu və əməkdaşlığı nümunəvidir
Prezident İlham Əliyevə məni qəbul etdiyi üçün xüsusi təşəkkür edirəm.
Sizinxeber.az-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra Gürcüstan Prezidenti Mixeil Kavelaşvili mətbuata bəyanatında bildirib.
Gürcüstan Prezidenti deyib ki, prezident seçildikdən sonra ilk rəsmi səfəridir və bu, ölkələr arasında strateji münasibətlərdən xəbər verir: “Cənubi Qafqaz regionunda çağırışlar, dünyada gedən proseslər haqqında da fikirlərimizi bölüşdük. Ölkələrimiz arasında əməkdaşlığı gücləndirmək üçün zəmin var. Dostluğumuz qarşılıqlı hörmətə və bir-birimizin milli maraqlarının nəzərə alınmasına əsaslanır. Biz qarşılıqlı etimadın və deyilən sözün dəyərini başa düşürük. Buna görə də Gürcüstan və Azərbaycanın strateji dostluğu və əməkdaşlığı nümunəvidir”.
Mixeil Kavelaşvili qeyd edib ki, hər iki xalq dəyərlərinin qorunması uğrunda mübarizədə bir yerdədirlər: “İnanıram ki, strateji tərəfdaşlıq və mehribanlıq qonşuluq münasibətlərimiz daha da güclənəcək, yeni mərhələyə keçəcək”.
Oxşar xəbərlər
Mixeil Kavelaşvili: Azərbaycan və Gürcüstan ikili standartların hədəfinə çevrilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mixeil Kavelaşvili Prezident İlham Əliyevi Gürcüstana səfərə dəvət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kavelaşvili Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycan Prezidentinə təşəkkür edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mixeil Kavelaşvili: Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin güclü tərəfdarı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş nazir Əli Əsədov Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə görüşüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












