Almaniya səfiri ilə danışıq olduqca sərt aparılıb
Xəbər verdiyimiz kimi, Almaniya Federativ Respublikasının Prezidenti Frank Valter-Ştaynmayerin Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı paylaşımı ilə bağlı Almaniyanın ölkəmizdəki səfiri XİN-ə çağırılaraq, ona qarşı sərt etiraz bildirilib.
APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata əsasən, qarşı tərəflə danışıq olduqca sərt aparılıb.
Almaniya səfiri bu paylaşımın texniki səhv olduğunu və artıq silindiyini, habelə bununla bağlı şifahi üzrxahlıq edildiyini bildirsə də, XİN-in məlumatında qeyd olunduğu kimi, Azərbaycan Almaniya tərəfindən ictimai şəkildə üzrxahlıq edilməsini tələb edib.
Maraqlıdır ki, Almaniya tərəfi hələ də məsələ ilə bağlı üzrxahlıq etməyib.
Əgər bu, həqiqətən də, texniki səhvdirsə, ictimai təxribat deyilsə, nəyə görə Almaniya üzrxahlıq etməkdən çəkinir?!
Qeyd edilən paylaşım fonunda, əgər Almaniya tərəfi məsələ ilə bağlı üzrxahlıq etməyəcəksə, o zaman Almaniya Prezidentinin ölkəmizə gözlənilən səfərinin məqsədəuyğunluğu sual doğurur.
Oxşar xəbərlər
Almaniya səfiri XİN-ə çağırılıb, Ştaynmayerin qondarma rejimin “bayrağını” paylaşmasına görə kəskin etiraz bildirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniya prezidenti Ermənistana səfər edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidentinə başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniya səfiri Azərbaycan XİN-ə çağırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniya Prezidenti Azərbaycana səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












