İran XİN rəhbəri Azərbaycanla Ermənistanı sülh müqaviləsini tezliklə imzalamağa çağırıb
sizinxeber.az xəbər saytı

İran XİN rəhbəri Azərbaycanla Ermənistanı sülh müqaviləsini tezliklə imzalamağa çağırıb


İran Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni ilə bağlı əldə olunan razılaşmanı alqışlayır.

Sizinxeber.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi İrəvanda erməni həmkarı Ararat Mirzoyan ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, son aylarda iki ölkə arasında yüksək səviyyəli nümayəndə heyətlərinin mübadiləsi üçün intensiv danışıqlar aparılıb. O, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması məqsədilə tərəflərin yaxından fikir mübadiləsi apardığını vurğulayıb.

Abbas Araqçi qeyd edib ki, sözügedən müqavilənin tezliklə imzalanması regionda uzunmüddətli sabitliyə və sülhə töhfə verəcək.

İranlı nazir Azərbaycan və Ermənistanı bu sazişi mümkün qədər tez imzalamağa çağırıb: “Biz hər iki tərəfi bu anlaşmanı mümkün qədər tez imzalamağa çağırırıq”.

Abbas Araqçi, eyni zamanda, İranın Cənubi Qafqazda istənilən sərhəd dəyişikliyinin əleyhinə olduğunu vurğulayıb.

Oxşar xəbərlər

Ermənistan XİN başçısının müavini İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran XİN: Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə anlaşmanı təqdir edirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Berbok: Almaniya Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə razılaşmanı alqışlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran hələ Trampın Xameneiyə məktubuna cavab verməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran XİN: Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına çalışırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər