Azərbaycan XİN Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas şərti açıqlayıb
sizinxeber.az xəbər saytı

Azərbaycan XİN Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas şərti açıqlayıb


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas şərti açıqlayıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə XİN-in Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə bildirib.

“Danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Bununla yanaşı, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq", - XİN sözçüsü vurğulayıb.

Oxşar xəbərlər

XİN Ermənistanla sülh sazişi üzrə danışıqların yekunlaşdığına dair bəyanat yayıb
Rəsmi Bakı: Ermənistan Baş nazirinin ofisinin bəyanatını qətiyyətlə rədd edirik
Rəsmi Bakı: Yekun sülh sazişinin imzalanması üçün tarixi fürsət yaranıb
Rusiya XİN: ATƏT-in Minsk Qrupunun bütün strukturları ləğv edilməlidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər