Tsipi Livni: Azərbaycan Yaxın Şərqdə sülh təşəbbüslərində aktiv rol oynaya bilər
sizinxeber.az xəbər saytı

Tsipi Livni: Azərbaycan Yaxın Şərqdə sülh təşəbbüslərində aktiv rol oynaya bilər


“Dünyanın müxtəlif ölkələrindən Bakıya gələn həm hazırkı, həm də keçmiş liderlərinin bir araya gələrək qarşılaşdığımız qlobal problemləri müzakirə etməsi çox mühüm bir ideyadır”.

Bunu XII Qlobal Bakı Forumunda iştirak edən İsrailin sabiq xarici işlər naziri Tsipi Livni Sizinxeber.az-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, ilk növbədə Prezident İlham Əliyevin təşəbbüskarlığı və qonaqpərvərliyi nəticəsində mümkün olub: “Ona görə də mən bu istiqamətdəki səyləri müsbət qiymətləndirirəm”.

Sabiq XİN rəhbəri Yaxın Şərqdə baş verən son hadisələrə də toxunub: “Mən Yaxın Şərq məsələsinin həlli üzrə danışıqların son iki raundunda iştirak etmişəm. Hesab edirəm ki, İsrail və Fələstin arasındakı münaqişənin nizamlanması hər iki tərəf üçün məqbul variantlar və qarşılıqlı anlaşma çərçivəsində həyata keçirilməlidir. Bu məsələnin tamamilə aradan qaldırılmasının yolu hər kəsə məlum olan iki dövlət prinsipindən keçir. Bu prinsip eyni zamanda, özündə İsrail üçün təhlükəsizliyin olması zəmanətini də ehtiva etməlidir”.

Tsipi Livni bu prinsiplərin hansı şərtlər daxilində təmin edilə biləcəyinə də aydınlıq gətirib: “Birmənalı olaraq HAMAS-ın sülhə məcbur edilməsi şərti ilə. Ona görə ki, onlar Fələstin xalqı üçün hər hansı legitim ideologiya uğrunda mübarizə aparmırlar. Bu baş verənlər sadəcə infrastruktura qarşı yönələn terror hücumları deyildi. Bütün faktorları nəzərə alaraq deyə bilərəm ki, belə bir şəraitdə HAMAS legitim siyasi qüvvə olaraq hakimiyyətdə qala bilməz”.

Sabiq nazir Yaxın Şərqdə təhlükəsizliyin təminatının yalnız ittifaq vasitəsilə həyata keçirilə biləcəyini vurğulayıb: “İsrail, eləcə də Fələstinin praqmatik siyasi qüvvələri, BƏƏ və Səudiyyə Ərəbistanından ibarət bir güclü siyasi İttifaq yaradılmalıdır”.

O qeyd edib ki, Azərbaycan və Türkiyə bu təşəbbüslərdə aktiv rol oynaya bilər: “Çünki bu ölkələr hər zaman İsraildə təhlükəsizliyi və sabitliyi dəstəkləyib, həm də onlarla bizim çox gözəl əlaqələrimiz var. Oktyabrın 7-dən sonra baş verən proseslərin nizamlanması liderlərdən asılıdır”.

Oxşar xəbərlər

XII Qlobal Bakı Forumunda növbəti panel müzakirə keçirilib - FOTO
XI Qlobal Bakı Forumu başa çatıb
Norveç XİN: İsrailin Livan ərazisinə cavab zərbələri bütün Yaxın Şərqdə sabitliyi poza bilər
XİN rəhbərinin müavini: Böhranların həlli üçün işlək variantlar tapılmalıdır
Peter Mixalko: Azərbaycanın COP29 üçün göstərdiyi səyləri təqdir edirəm

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər