Norveç XİN: İsrailin Livan ərazisinə cavab zərbələri bütün Yaxın Şərqdə sabitliyi poza bilər
sizinxeber.az xəbər saytı

Norveç XİN: İsrailin Livan ərazisinə cavab zərbələri bütün Yaxın Şərqdə sabitliyi poza bilər


İsrailin Livan ərazisinə cavab zərbələri bütün Yaxın Şərqdə sabitliyi poza bilər.

Sizinxeber.az xəbər verir ki, bu xəbərdarlığı Norveç Xarici İşlər Nazirliyinin rəhbəri Espen Bart Eyde verib.

Bəyanatı onun departamenti tərəfindən yayılıb.

“Son 24 saat Yaxın Şərqdə vəziyyətin nə qədər kövrək və ciddi olduğunu bir daha nümayiş etdirdi. Mən regionda baş verən proseslərdən çox narahatam. İsrail və Hizbullah arasında münaqişənin kəskinləşməsi münaqişədə dönüş nöqtəsi ola bilər”, - nazir qeyd edib.

“Hazırda eskalasiya və ya cavab zərbələri bütün Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinə təsir göstərə bilər”, o əlavə edib. Nazir qarşıdurmanın bütün iştirakçılarını, region ölkələrinin liderlərini, həmçinin İsrail və Hizbullahın müttəfiqlərini “təmkin nümayiş etdirmək və vəziyyətin böyük regional müharibəyə çevrilməməsi üçün mümkün olan hər şeyi etməyə” çağırıb.

Eide vurğulayıb ki, “ilk və əsas” vəzifə Qəzza zolağında qarşıdurmaya dərhal son qoymaq və atəşkəs yaratmaqdır.

"İsrail və HƏMAS arasında atəşkəs bütün regionda gərginliyin azaldılmasına kömək edəcək. Mən bütün tərəfləri məsuliyyətli olmağa, gərginliyin azaldılmasına kömək etməyə və mümkün qədər təmkinli olmağa çağırışımı təkrar edirəm", - bəyanatda deyilir.

Oxşar xəbərlər

Netanyahu: İsrail istənilən vasitə ilə özünü müdafiə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahu: İsrail ABŞ-yə Yaxın Şərqdə NATO-nun analoqunu yaratmağı təklif edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
XI Qlobal Bakı Forumu başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin müdafiə naziri: “2024-cü il “müharibə və qələbə ili” olacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov İsrail XİN-in baş direktoru ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər