Paşinyan: “Zəngəzur dəhlizi” ifadəsi bizim üçün anlaşılmaz və qəbuledilməzdir
sizinxeber.az xəbər saytı

Paşinyan: “Zəngəzur dəhlizi” ifadəsi bizim üçün anlaşılmaz və qəbuledilməzdir


“Zəngəzur dəhlizi” ifadəsi bizim üçün anlaşılmaz və qəbuledilməzdir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan türkiyəli jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ermənistanda bu ifadə suverenlik və ərazi bütövlüyünə təhklükə kimi qarşılanır: "Onu da qeyd etmək istərdim ki, regional kommunikasiya xətlərinin açılmasını ən çox müdafiə edən bizik, çünki əslində blokadada olan bizik. Regionda heç bir başqa ölkə blokadada deyil. Bizim dörd sərhədimiz var və onlardan ikisi tamamilə bağlıdır. Təkcə bu fakt aydın şəkildə göstərir ki, biz regional nəqliyyat marşrutlarının açılmasında əslində nə qədər maraqlıyıq”, - deyə Paşinyan vurğulayıb.

O qeyd edib ki, Ermənistan Respublikası öz ərazisi vasitəsilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsini təmin etməyə hazırdır.

Oxşar xəbərlər

Nikol Paşinyan: Ermənistanla Azərbaycan arasında sülh üçün çox mühüm təməllər qoyulub
İran XİN rəhbəri: Regionda sərhədlərin dəyişdirilməsi bizim üçün qırmızı xətdir
Nikol Paşinyan: “Erməni Soyqırımı” bu gün Ermənistanın xarici siyasətinin prioritetləri sırasında deyil
Paşinyan: Demarkasiyadan sonra Ermənistan-Azərbaycan sərhədində üçüncü qüvvələrin olmasına ehtiyac qalmayacaq
Paşinyan Lavrova cavab verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər