Latviyanın sabiq Prezidenti: Dünyada dramatik dəyişikliklərin şahidi oluruq
sizinxeber.az xəbər saytı

Latviyanın sabiq Prezidenti: Dünyada dramatik dəyişikliklərin şahidi oluruq


“Dünya miqyasında istənilən problem ağırlıq dərəcəsindən asılı olmayaraq, yalnız danışıqlar və müzakirələr yolu ilə həll edilməlidir”.

Sizinxeber.az xəbər verir ki, bunu Latviyanın keçmiş Prezidenti Vayra Vike-Freyberqa XII Bakı Qlobal Forumuna həsr olunmuş mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəzərə alınarsa, narahatlıq doğuran mühüm qlobal problemlər yalnız dialoq formatında nəzərdən keçirilməlidir: “Bu gün dünya miqyasında ölkələr arasındakı gərginliklər böyük narahatlıq doğurur. Belə bir şəraitdə münaqişə tərəfləri olan ölkələrin atəşkəsə nail olması çox önəm daşıyır. Biz hesab edirik ki, dünya miqyasında istənilən problem ağırlıq dərəcəsindən asılı olmayaraq, yalnız danışıqlar və müzakirələr yolu ilə həll edilməlidir. Biz dünya miqyasında dramatik dəyişikliklərin şahidi oluruq. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi kimi mürəkkəb şəraitdə qlobal səviyyədə narahatlıq doğuran məsələlərin iştirakçı ölkələr arasında müzakirəsi çox böyük əhəmiyyət daşıyır”.

Oxşar xəbərlər

Xamenei: Heç bir problem ABŞ-la danışıqlarla həll olunmayacaq
Çin Ukraynada sülh danışıqlarını dəstəkləyir
Kreml: İranın nüvə dosyesi istisnasız dinc yolla həll edilməlidir
XİN başçısı: Ermənistanın sürətli şəkildə silahlanması narahatlıq doğurur
BMT nümayəndəsi: İqlim dəyişikliyi ilə bağlı problemlər şirkətləri cəlb etmədən həll edilməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər