"AlfaSığorta" AZAL-ın qəzaya uğramış təyyarəsində həlak olanların və yaralananların ailələrinə sığorta ödənişi həyata keçirir
Rusiyanın "AlfaStraxovanie" şirkəti "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) “Embraer 190” markalı sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində ölən və yaralananlar üçün daşıyıcının məsuliyyət sığortası üzrə sərnişinlərə dəymiş zərəri, həmçinin sığorta ödənişlərini hesablayır.
“Report” xəbər verir ki, bu barədə "İnterfaks"a "AlfaStraxovanie"nin baş direktorunun aviasiya və kosmik sığorta üzrə müavini İlya Kabaçnik məlumat verib.
"Bakı-Qroznı reysi ilə bağlı AZAL sərnişin daşımaları həm Azərbaycanın, həm də Rusiyanın tərəfdar çıxdığı 1999-cu il beynəlxalq Monreal Konvensiyası ilə tənzimlənir. "AlfaStraxovanie" ilə AZAL arasında bağlanmış müqavilə Rusiyaya həyata keçirilən uçuşlarla bağlı riskləri əhatə etdiyi üçün ödənişlər həmçinin Rusiyanın 67-FZ saylı mülki məsuliyyətin icbari sığortası haqqında qanuna uyğun olaraq nəzərdə tutulur”, - məlumatda bildirilib.
Onun sözlərinə görə, bu qanunla həyat və sağlamlığa dəyən zərərə görə ödənişlərin həddi 2 milyon rubl (hazırkı məzənnə ilə 22,4 min dollar) müəyyən edilib. Təqdim edilmiş sənədlər paketi əsasında ödənişlərin özləri də tez həyata keçirilə bilər.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Oxşar xəbərlər
"AlfaSığorta" AZAL-ın Aktau yaxınlığında qəzaya uğramış təyyarəsinə görə tam sığorta ödənişi edib
AZAL təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat kompensasiya ödəyəcək
AZAL-ın təyyarə qəzasında sərnişinlərə dəyən ziyanla bağlı ödəniləcək sığorta məbləği açıqlanıb
AZAL-ın qəzaya uğramış təyyarəsinə görə sığorta ödənişi edilib
Moldova AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












