Ramin Məmmədov Rumıniya Pravoslav Patriarxal Kilsəsini ziyarət edib
sizinxeber.az xəbər saytı

Ramin Məmmədov Rumıniya Pravoslav Patriarxal Kilsəsini ziyarət edib


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Rumıniya Pravoslav Patriarxal Kilsəsini ziyarət edib.

"Sizinxeber.az" xəbər verir ki, o, Rumıniya Patriarxının müavini Varlaam Ploieşti ilə görüşüb. 

Rumıniya ilə Azərbaycan arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinə toxunan Varlaam Ploieşti multikulturalizmin mərkəzi kimi tanınan, dini-milli zəmində qarşıdurmanın heç vaxt olmadığı Azərbaycanın dinlərarası, mədəniyyətlərarası münasibətlərə töhfə verən bir sıra təşəbbüslərlə çıxış etməsini yüksək dəyərləndirib.

Dövlət Komitəsinin sədri Azərbaycanın nümunəvi dövlət-din münasibətləri, dinlərarası harmoniya, eləcə də dinc birgəyaşayış sahəsində əldə etdiyi uğurlar barədə danışıb. Bildirib ki, ölkədə mütərəqqi dini dəyərlərin qorunması, vicdan və dini etiqad azadlığının təmin edilməsi, müxtəlif konfessiyalar arasında həmrəyliyin dərinləşməsi üçün yaradılmış qanunvericilik bazası dinlərarası dialoqun hüquqi-siyasi əsasını təşkil edir. Ölkədə din siyasəti demokratik, hüquqi, dünyəvi dövlətçilik prinsiplərinə və beynəlxalq normalara uyğun həyata keçirilir.

Xatırladaq ki, görüşdə patriarxın xarici işlər üzrə müşaviri Viorel Coman da iştirak edib.

Oxşar xəbərlər

Dövlət Komitəsinin nümayəndə heyəti Rumıniyada kilsə və monastırları ziyarət edib
ICESCO-nun baş direktoru: Azərbaycanın dinlərarası münasibətlərə töhfə verən təşəbbüsləri yüksək dəyərləndirilir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini kim icra edəcək?
Ramin Məmmədov: Dinin mahiyyətinin olduğu kimi təbliğində din xadimlərinin üzərinə böyük məsuliyyət düşür
Komitə sədri: Azərbaycanda heç zaman milli və dini ayrı-seçkilik səbəbindən münaqişə baş verməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər