Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək
Fevralın 18-dən 20-dək Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının (Sizinxeber.az) 15-ci plenar sessiyası keçiriləcək.
Bu barədə Sizinxeber.az-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
“Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr olunmuş sessiyada 30-dan çox ölkə parlamentinin və beynəlxalq təşkilatın nümayəndə heyətləri, o cümlədən 10-dan çox ölkə spikerinin iştirakı gözlənilir.
Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə və sosial sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlərə dair qərar layihələri müzakirə olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.
Sessiya dövründə tədbirdə iştirak edən nümayəndə heyətləri arasında bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur. Görüşlərdə Sizinxeber.az-nın bugünü və gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılacaqdır.
Sessiyanın sonunda Bakı Bəyannaməsi və Sizinxeber.az Katibliyinin yekun hesabatı qəbul ediləcəkdir.
Oxşar xəbərlər
Bakıda Asiya Parlament Assambleyasının İcraedici Şurasının iclası keçirilir
Bakıda Asiya Parlament Assambleyasının 14-cü Plenar Sessiyasının açılış mərasimi keçirilib - FOTO - YENİLƏNİB
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib
Sahibə Qafarova MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 57-ci plenar iclasında çıxış edib
Sahibə Qafarova Valentina Matviyenko ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













