Paşinyan: Ermənistan Naxçıvanla Azərbaycanın qərb hissəsi arasında maneəsiz əlaqənin əleyhinə deyil
sizinxeber.az xəbər saytı

Paşinyan: Ermənistan Naxçıvanla Azərbaycanın qərb hissəsi arasında maneəsiz əlaqənin əleyhinə deyil


Ermənistan Naxçıvanla Azərbaycanın qərb hissəsi arasında maneəsiz dəmir yolu əlaqəsinin əleyhinə deyil.

Sizinxeber.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.

“Biz maneəsiz keçidə qarşı deyilik, amma bu, Ermənistanın yurisdiksiyasından yan keçmək demək deyil”, - Baş nazir qeyd edib.

Onun sözlərinə görə, müasir dünya bütün istiqamətlərdə maneəsiz hərəkəti təmin etmək üçün daima çalışır.

“Biz bu qərarlara hazırıq”, - Paşinyan əlavə edib.

O xatırladıb ki, İrəvan Azərbaycana öz təkliflərini göndərib və cavab gözləyir.

“Onlar (Bakı) bunu nə adlandıracaq (kommunikasiyaların həlli üzrə), biz nə adlandıracağıq, bu başqa mövzudur. Qərar nə olursa olsun biz onu öz, onlar da öz adı ilə çağıracaq. Vacib olan məsələnin mahiyyətidir”, - Paşinyan vurğulayıb.

Oxşar xəbərlər

Paşinyan Lavrova cavab verib
Paşinyan: Ermənistan qonşularının suveren ərazilərini tanıyır
Paşinyan: Ermənistan Azərbaycana dəmir yolu ilə qarşılıqlı yükdaşımalara başlamağı təklif edir
Paşinyan Rusiya sərhədçiləri olmadan kommunikasiyaların açılmasının mümkünlüyünə işarə vurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər