Fransalı professor: Ərazi bütövlüyünün bərpasından sonra Fransa Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir
sizinxeber.az xəbər saytı

Fransalı professor: Ərazi bütövlüyünün bərpasından sonra Fransa Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir


"2020-ci ilədək bir çox dünya dövlətlərinin Azərbaycana qarşı normal münasibətləri var idi, lakin ölkəniz ərazi bütövlüyünü bərpa etdikdən sonra vəziyyət dəyişdi. 1994-2020-ci illərdə fəaliyyət göstərən Minsk qrupu münaqişənin həlli istiqamətində heç bir iş görmədi".

APA-nın məlumatına görə, bu sözləri Fransanın "Côte d'Azur" Universitetinin ictimai hüquq üzrə professoru Kristian Vallar "Fransa və Ermənistan-Azərbaycan Münaqişəsi" adlı beynəlxalq konfransda söyləyib.

O, vurğulayıb ki, 5 il bundan əvvələdək ölkələrimiz arasında əlaqələr normal səviyyədə inkişaf edib:

"Fransa əvvəllər, yəni 2020-ci ilədək Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və suverenliyinin tərəfdarı olub. 2020-ci ilədək Fransa və Azərbaycan arasında normal münasibətlər mövcud olub. Mənim Fransanın ölkənizdəki səfirləri ilə söhbətlərim olub. Onlar həmişə deyirdilər ki, Fransa və Azərbaycan arasında ticari-iqtisadi əlaqələr yaxşı inkişaf edib. Lakin bayaq da qeyd etdiyim kimi, ərazi bütövlüyünün təmin edilməsindən sonra rəsmi Paris Azərbaycana qarşı qərəzli mövqe sərgiləməyə başlayıb".

Oxşar xəbərlər

BMTM: Fransa-Azərbaycan münasibətlərinin səviyyəsinin yüksəldilməsi hər iki xalqın marağındadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Monjoin Mohamed: Fransa Qəmər adalarının əhalisini susdurmaq üçün güc tətbiqinə üstünlük verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zahid Oruc: Bakı Təşəbbüs Qrupu Fransanın siyasi elitasını narahat edirsə, bu, böyük nəticədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Abbas Abbasov: BTQ-nin fəaliyyətinin Fransa-Azərbaycan münasibətləri ilə eyniləşdirilməsinin tərəfdarı deyilik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Beliz rəsmisi: Müstəmləkə altında olan hər bir dövlət müstəqilliyi yolunda çalışmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər