Zahid Oruc: Bakı Təşəbbüs Qrupu Fransanın siyasi elitasını narahat edirsə, bu, böyük nəticədir
"Qarabağın özü də müstəmləkə ərazisi idi. Dünyanı idarə edən siyasi qüvvələr Qarabağı əsarətdə saxlayırdılar. Qarabağ məsələsi bir daş idi və Azərbaycan bu daşdan azad oldu. Biz sanki dünya müharibəsi aparmışıq".
Sizinxeber.az-nın məlumatına görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Bakıda keçirilən "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda beynəlxalq konfransda deyib.
O vurğulayıb ki, Azərbaycanın daxilində müstəmləkə dövlətlərinin ümumi daxili məhsulunu nümunə gətirənlər olsa da, bu amil heç də milli azadlığa ekvivalent deyil:
"Biz müstəmləkəçi dövlətlərin niyə müstəmləkə ölkələrini əsarətdə saxladığını bilməliyik. Bakı Təşəbbüs Qrupu artıq Fransanın siyasi elitasını narahat edirsə, bu, qısa vaxt ərzində əldə olunan böyük nəticədir. Vətən müharibəsi Azərbaycanın siyasi mövqeyini dünya miqyasında gücləndirib. Qarabağda qələbə dünyanın siyasi daşlarını tərpətdi. Reyunionçular siyasi və tarixi şüur istəyindədirlər. Azərbaycanın daxilində müstəmləkə dövlətlərinin ümumi daxili məhsulunu nümunə göstərənlər var. Bunlar heç də milli azadlığı əvəz edə bilməz. Fransanın müstəmləkələri dünya müharibələri üçün məkan, nüvə silahı üçün plasdarm rolunu oynayır. Azərbaycan Qarabağda qələbəsi dünya üçün nümunədir. Biz illərlə Fransa da daxil olmaqla, beynəlxalq ictimaiyyətdən imdad diləyib. Lakin sonda ərazi bütövlüyünü özü bərpa etdi".
Oxşar xəbərlər
Fond katibi: Bakı Təşəbbüs Qrupu müstəmləkə şəraitində yaşayan xalqların səsininin dünyaya çatdırılmasında mühüm işlər görür
Fond katibi: Bakı Təşəbbüs Qrupu mühüm işlər görür
Bakıda Fransa müstəmləkəsi olan Reyunyon adası ilə bağlı beynəlxalq konfrans keçirilir - FOTO
Zahid Oruc: BTQ gördüyü işlərlə bu qədər səs yarada bilibsə, deməli, fəaliyyətinin nəticəsi var
Kemi Seba "Afrikada Fransanın Neokolonializm Siyasəti" konfransında məruzə ilə çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













