Bakıda 2025-ci ilin Beynəlxalq Sülh və Etimad İli elan edilməsi münasibətilə konfrans keçirilib
sizinxeber.az xəbər saytı

Bakıda 2025-ci ilin Beynəlxalq Sülh və Etimad İli elan edilməsi münasibətilə konfrans keçirilib


Türkmənistanın Azərbaycandakı səfirliyində 2025-ci ilin Beynəlxalq Sülh və Etimad İli elan edilməsinə həsr olunmuş konfrans keçirilib.

“Sizinxeber.az” xəbər verir ki, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının elm xadimləri, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri, Türkmənistan vətəndaşları, həmçinin Azərbaycanda təhsil alan türkmənistanlı tələbələr iştirak ediblər.

İştirakçılar Türkmənistanın daimi bitərəfliyinin tarixi və əhəmiyyəti barədə danışıblar. Səfir Qurbanmammet Elyasov çıxışında Türkmənistanın təklif etdiyi bir neçə konkret tədbir və onların həyata keçirilməsi üçün Beynəlxalq Sülh və Etimad İli çərçivəsində Türkmənistanın fəaliyyət və prioritetlər Konsepsiyası barədə məlumat verib.

Tədbir iştirakçılarına həmçinin 2025-ci ilin dekabrında Aşqabad şəhərində Beynəlxalq Bitərəflik Gününə və Türkmənistanın Daimi Bitərəfliyinin 30 illik yubileyinə həsr olunmuş böyük beynəlxalq forumun keçirilməsinə hazırlıq barədə məlumat verilib. Tədbirin sonunda iştirakçılar Türkmənistan xalqının Milli Liderinə, Xalq Məsləhətinin (parlament) sədrinə, həmçinin Türkmənistan Prezidentinə təşəkkürlərini bildiriblər.

Oxşar xəbərlər

SOCAR prezidenti Türkmənistanda keçiriləcək konfransda iştirak edəcək
Səfir: COP29-un Azərbaycanda keçirilməsi ölkənin dünya miqyasında artan rolunun göstəricisidir
Türkmənistan Xəzər məsələləri üzrə balanslaşdırılmış qərarların hazırlanmasının tərəfdarıdır
Saxta pul hazırlamaqda təqsirləndirilən Türkmənistan vətəndaşı ölkəsinə ekstradisiya edilib
Bakıda türkmən şairi və mütəfəkkiri Məhtimqulu Fraqinin yeni şeirlər toplusunun təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər