Türkmənistan Xəzər məsələləri üzrə balanslaşdırılmış qərarların hazırlanmasının tərəfdarıdır
sizinxeber.az xəbər saytı

Türkmənistan Xəzər məsələləri üzrə balanslaşdırılmış qərarların hazırlanmasının tərəfdarıdır


Türkmənistanın Xarici İşlər Nazirliyində ölkənin Xəzər dənizi məsələləri üzrə Qurumlararası Komissiyasının növbəti, 62-ci iclası keçirilib.

“Sizinxeber.az” Mərkəzi Asiya ölkəsinin xarici siyasət idarəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclas iştirakçıları Türkmənistanın uzun illər Xəzər məsələləri üzrə balanslaşdırılmış qərarların hazırlanmasında fəal mövqe tutduğunu və Xəzərdə əməkdaşlığın hüquqi bazasının inkişafında mühüm rol oynadığını qeyd ediblər.

Hazırda bu proses beynəlxalq hüquq normaları çərçivəsində bütün Xəzəryanı ölkələrlə əməkdaşlıq şəraitində davam etdirilir.

İclasda Nazirlər Kabineti sədrinin müavinləri, Türkmənistanın bəzi nazirlik və profil qurumlarının başçıları və nümayəndələri iştirak ediblər. Həmçinin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun BMT Baş Assambleyasının 78-ci sessiyasının plenar sessiyasında irəli sürdüyü “Xəzər Ekoloji Təşəbbüsü” müzakirə olunub.

Qeyd olunub ki, təşəbbüs Xəzərin ətraf mühitinin mühafizəsi, onun bioloji ehtiyatlarının qorunması, bir sıra aktual ekoloji problemlərin həlli ilə bağlı geniş spektrli məsələlər üzrə məzmunlu və peşəkar qarşılıqlı fəaliyyət üçün yeni beynəlxalq platformaya çevrilmək niyyətindədir.

İclas iştirakçıları hər il avqustun 12-də qeyd olunan Xəzər Dənizi Günü ilə bağlı təşkilati məsələləri də müzakirə ediblər.

Oxşar xəbərlər

İran XİN: Üçüncü ölkələrin Xəzər dənizində hərbi mövcudluğu regionun maraqlarına ziddir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Monteneqro XİN başçıları regional məsələləri müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə və Rusiya XİN başçıları regional məsələləri müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkmənistanın Prezidenti və Milli lideri İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər