Gürcüstan və Azərbaycan bu gün regional güc mərkəzinə çevriliblər – RƏY
Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq ildən-ilə güclənir, keyfiyyətcə yeni mərhələyə qədəm qoyur və bu ölkənin Baş naziri İrakli Kobaxidzenin Bakıya son işgüzar səfəri də bunu sübut etdi.
Bunu “Sizinxeber.az”a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.
O hesab edir ki, ikinci dəfə hökumət başçısı olduqdan sonra ilk səfərini Bakıya edən Kobaxidze bununla da Tbilisinin Azərbaycanla əlaqələrə nə qədər böyük önəm verdiyini nümayiş etdirdi.
“İki ölkənin tarixində və taleyində xeyli oxşar məqamlar var. Üzləşdiyimiz faciələr bir-birinə bənzəyir”, - o deyib.
Deputat vurğulayıb ki, Şərqlə Qərbi bir-birinə qovuşduran Gürcüstan və Azərbaycan bu gün dünyanın diqqət mərkəzindədir.
Onun sözlərinə görə, dəyişən regional və qlobal şərtlər fonunda iki ölkə birgə addımlar sayəsində etibarlı körpü və mühüm oyunçular kimi çıxış edirlər.
“Kobaxidzenin Bakıya son səfərinin əsas məqsədi təkcə iki ölkə arasında siyasi və iqtisadi əlaqələri gücləndirmək deyil, həm də birlikdə regional güc kimi çıxış etməkdir. Gürcüstanın Baş naziri ilə Azərbaycan Prezidenti cənab İlham Əliyev arasında görüş ötən gün dünya mediasının, siyasi düşüncə mərkəzlərinin əsas müzakirə mövzusuna çevrildi”.
M.Vəliyeva qeyd edib ki, Azərbaycan Gürcüstanın ərazi bütövlüyünə dərin hörmət bəsləyir və ölkədə baş verən siyasi prosesləri diqqətlə izləyir. Onun sözlərinə görə, Gürcüstanda hakimiyyətdə hansı siyasi qüvvənin mövcudluğundan asılı olmayaraq Azərbaycan dövləti ən çətin günlərdə öz qardaş dəstəyini əsirgəməyib:
“Gürcüstanın həm keçmiş, həm də indiki dövlət başçıları Azərbaycanın siyasi rəhbərliyinin dəstəyini yüksək qiymətləndirib və minnətralıq hissi ilə qeyd ediblər”.
M.Vəliyeva vurğulayıb ki, yeni formalaşmış Gürcüstan hökuməti Azərbaycanın uğur təcrübəsini öyrənmək ehtiyacı duyub. Onun fikrincə, Gürcüstan hakimiyyətinin daxili və xarici siyasətində etdiyi radikal dəyişikliklər – milli maraqları hər şeydən üstün tutması, beynəlxalq siyasi oyunların alətinə çevrilmək istəməməsi bunu deməyə imkan verir.
“Hər bir dövlət tarixi köklərinə, dəyərlərinə sadiq qalanda, milli maraqlara söykənən siyasət yürüdəndə daha güclü və nüfuzlu olur. Onu da qeyd etməliyəm ki, Azərbaycan – Gürcüstan münasibətlərinin əsasını Ulu Öndər Heydər Əliyev və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze qoyublar. İki böyük dövlət xadiminin əsasını qoyduğu sağlam təməl bu gün öz bəhrəsini verir”.
Oxşar xəbərlər
Analitik: Kobaxidzenin Azərbaycana səfəri regional təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edir
Strateji əməkdaşlıq Azərbaycan ilə Gürcüstan üçün həmişə prioritet olub - RƏY
Gürcüstanın Baş naziri postuna İrakli Kobaxidzenin namizədliyi irəli sürülüb
Azərbaycan – Gürcüstan münasibətləri dostluq və strateji tərəfdaşlıq nümunəsidir – RƏY
Gürcüstan Parlamentinin Komitə sədri: Azərbaycan və Prezident İlham Əliyevin dəstəyi bizimçün vacibdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?
-
"Liverpul"un sabiq qapıçısı Adrian karyerasını başa vurur
-
ABŞ milli kəşfiyyatının direktoru vəzifədən ayrılmazdan əvvəl səs-küylü təhqiqatları açıqlayacaq
-
"Neftçi" Premyer Liqada mövsümün son oyununa çıxır
-
Tramp danışıqlarda irəliləyiş əldə olunmasa, İrana qarşı əlavə zərbələr endirmək niyyətindədir

