Azərbaycan səfiri Pakistanda Qara Yanvar qurbanlarının xatirəsini yad edib
İslamabadın Milli Müasir Dillər Universitetində 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
“Report” xəbər verir ki, bu barədə Pakistanın qəzeti məlumat yayıb.
Bildirilib ki, yanvarın 17-də Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov fəxri qonaq qismində İslamabadda yerləşən Milli Müasir Dillər Universitetində (MMDU) olub. Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi tərəfindən təşkil edilmiş tədbir Azərbaycanın müstəqillik mübarizəsinin simvoluna çevrilmiş Qara Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunub.
Səfir ziyarət çərçivəsində universitetin rektoru, istefada olan general-mayor Şahid Mahmud Kayani və təhsil müəssisəsinin digər yüksəkvəzifəli nümayəndələri ilə görüşüb. Görüş zamanı Pakistan və Azərbaycan arasında tarixi əlaqələr vurğulanıb, həmçinin iki ölkənin universitetləri arasında mübadilə də daxil olmaqla təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.
Tədbir şeir oxunuşları, nitqlər, tələbə və müəllimlərin çıxışları ilə başa çatıb. Səfir öz çıxışında Pakistanın Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib və Qara Yanvar qurbanlarının xatirəsinin ölkənin müstəqilliyi və suverenliyinin qorunmasına ilham verdiyini qeyd edib.
Oxşar xəbərlər
20 Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər keçiriləcək
Azərbaycanın Belarusdakı səfirliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib
Kərim Vəliyev Pakistan Aviasiya Kompleksinin sədri ilə ikitərəfli məsələləri müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib

