Azərbaycan və Gürcüstan Baş nazirlərinin görüşü olub
sizinxeber.az xəbər saytı

Azərbaycan və Gürcüstan Baş nazirlərinin görüşü olub


Gürcüstanın Baş nazirİ İrakli Kobaxidze Azərbaycanın Baş naziri Əli Əsədovla görüşüb.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Hökumət Aparatının mətbuat xidməti məlumat yayıb.

Ə.Əsədov gürcü həmkarını oktyabrın 26-da parlament seçkilərində hakim komandanın qələbəsi və baş nazir vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib, seçkilərin nəticələrinin gürcü xalqının iradəsini bir daha nümayiş etdirdiyini vurğulayıb.

Tərəflər həmçinin Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının əsas istiqamətləri və iki ölkənin iqtisadi əməkdaşlığı üzrə hökumətlərarası komissiyanın iclasında müzakirə olunacaq məsələlər haqqında danışıblar.

Görüşdə Gürcüstanla Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın müsbət dinamikada inkişaf etdiyi qeyd olunub, bölgədə sülh və sabitliyin əhəmiyyəti vurğulanıb.

Baş nazir Gürcüstanın üçtərəfli dialoqa və regional əməkdaşlığın inkişafına dəstək verməyə hazır olduğunu söyləyib.

Ruslan Həsənov

Oxşar xəbərlər

İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əli Əsədov gürcüstanlı həmkarını təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanın Baş naziri Azərbaycana gəlir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrakli Kobaxidzenin Gürcüstanın Baş nazir vəzifəsinə namizədliyi parlamentə təqdim edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş nazir Əli Əsədov Serbiyanın mədəniyyət naziri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər