Əli Əsədov gürcüstanlı həmkarını təbrik edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
okt
2024
11:00

Əli Əsədov gürcüstanlı həmkarını təbrik edib

28 okt, 2024
11:00
656

Əli Əsədov gürcüstanlı həmkarını təbrik edib

Baş nazir Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə təbrik məktubu ünvanlayıb.

Bu barədə "Sizinxeber.az"a Nazirlər Kabinetin məlumat verilib.

Bildirilib ki, Ə.Əsədov Gürcüstanda keçirilmiş parlament seçkilərində “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qalib gəlməsi münasibətilə İ.Kobaxidzeyə təbriklərini çatdırıb, bu qələbəni dost Gürcüstan xalqının ölkədə həyata keçirilən siyasi kursa dəstəyinin növbəti təsdiqi kimi qiymətləndirib.

Seçkilərin nəticələrinin Gürcüstanın tərəqqisinə və daha da çiçəklənməsinə xidmət edəcəyinə, eyni zamanda, iki xalq arasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.

Bizimlə əlaqə saxlayın