Andjey Duda Azərbaycan Prezidentinə başsağlığı verib
sizinxeber.az xəbər saytı

Andjey Duda Azərbaycan Prezidentinə başsağlığı verib


Polşa Prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

"Sizinxeber.az" xəbər verir ki, başsağlığında deyilir: "Zati–aliləri cənab İlham Əliyevə Hörmətli cənab Prezident.

Azərbaycana məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması, çoxlu sayda insanın həlak olması və yaralanması barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.

Bu fəlakət zamanı həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirəm. Ölkəmizin bütün vətəndaşları Azərbaycan xalqının hüzn və kədərinə şərikdirlər.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Qeyd edək ki, təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

Oxşar xəbərlər

Polşa Prezidenti: Ölkəmizin bütün vətəndaşları Azərbaycan xalqının hüzn və kədərinə şərikdirlər
Pakistanın Baş naziri: Azərbaycan xalqının birliyi bu çətin dövrü dəf etməyə kömək edəcək
Maldiv Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib
Fələstin Prezidenti: Təyyarə qəzasında insan tələfatı xəbərini təəssüf hissi ilə öyrəndim
BƏƏ Prezidenti İlham Əliyevə başsağlığı verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər