Pakistan səfiri: Matəm günündə qardaş Azərbaycanla həmrəyik
Pakistan matəm günündə qardaş Azərbaycanla həmrəydir.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Pakistan səfiri Qasım Mohiuddin "X"də yazıb.
"Qurbanların ailələrinin və bu faciədən zərər çəkənlərin hamısının kədərinə şərikik. Bu çətin zamanda dualarımız və düşüncələrimiz Azərbaycanladır", - diplomat qeyd edib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Bundan başqa, aviaqəzanın səbəblərinin yerində araşdırılması üçün rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini və digər şəxslərdən ibarət Azərbaycan nümayəndə heyəti Aktaudadır.
Oxşar xəbərlər
Bu gün Azərbaycanda matəmdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gün Azərbaycanda matəm günüdür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təyyarə qəzasında sağ qalan sərnişinlərdən 12-si bu gün Azərbaycana gətirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aviaqəzada həlak olanlardan ikisi qusarlı bacı-qardaşdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstandakı təyyarə qəzasından sonra 14 Azərbaycan vətəndaşı sağ qalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












