Aviaqəzada həlak olanlardan ikisi qusarlı bacı-qardaşdır
AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanlardan iki nəfəri Qusar rayon sakindir.
"Sizinxeber.az"un Şimal bürosunun məlumatına görə, bunlar Suduroba kənd sakinləri - bacı-qardaş, 2002-ci il təvəllüdlü Əli Mirzəbəy oğlu və 2005-ci il təvəllüdlü Xədicə Mirzəbəy qızı Əlimirzəyevlərdir.
Faktı Qusar Rayon İcra Hakimiyyətindən də təsdiqləyblər.
Qeyd edək ki, təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Eləcə də təyyarə qəzasının səbəblərini yerində araşdırmaq üçün rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini və digər şəxslərdən ibarət Azərbaycan nümayəndə heyəti Aktauya yola düşüb.
Oxşar xəbərlər
Qusarlı bacı-qardaş da təyyarə qəzasında həlak olublar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gün Azərbaycanda matəmdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gün Azərbaycanda matəm günüdür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı-Qroznı reysini yerinə yetirən təyyarə Qazaxıstanda qəzaya uğrayıb - XÜLASƏ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bolqarıstan Prezidenti təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












