Fransada Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib
Fransanın paytaxtı Parisdə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib.
"Report"un Fransa bürosu bildirir ki, Azərbaycanın Fransadakı Səfirliyinin Mədəniyyət Mərkəzində Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən tədbirdə ölkəmizin Fransadakı səfiri Leyla Abdullayeva, UNESCO-da daimi nümayəndə Elman Abdullayev, Fransanın müxtəlif şəhərlərində yaşayan soydaşlarımız və digər şəxslər iştirak ediblər.
Səfir L.Abdullayeva bu ilin Azərbaycan üçün uğurlu olduğunu bildirib. Səfir uğurlar arasında ölkəmizin dünya miqyaslı tədbir COP29-a yüksək səviyyədə ev sahibliyini xüsusilə qeyd edib.
L.Abdullayeva Azərbaycanın mürəkkəb coğrafi bölgədə yerləşməsinə baxmayaraq bu gün uğurlu, sabit və müstəqil siyasət yürüdən, istər iqtisadi, istər demoqrafik inkişafı baxımından regionun aparıcı dövləti olduğunu xüsusi qeyd edib. Diplomat uğurların dövlətimizin apardığı sabit müstəqil siyasətinin nəticəsi olduğunu bildirib.
O, Fransa-Azərbaycan əlaqələrinə də toxunub, iki dövlət arasında siyasi dialoqun 2024-cü ildə olmamasına təəssüfünü bildirib və bunun səbəbkarlarının ölkəmizin olmadığını qonaqların diqqətinə çatdırıb. 2024-cü ildə baş tutan çoxsaylı və yüksək səviyyəli mədəni tədbirlərdən danışan səfir tədbirlərin baş tutmasında yaxından iştirak edən və Azərbaycanın dəyərlərini Fransada tanıtdırmaq istiqamətində böyük səylər göstərən diasporumuzun nümayəndələrinə, həmçinin təşkilat rəhbərlərinə təşəkkürünü bildirib.
Tədbirin bədii hissəsində "Simurq" muğam ansamblının konserti təqdim olunub.
Oxşar xəbərlər
Leyla Abdullayeva Fransanın ali təhsil ocağının tələbələrinə Bakının xarici siyasətindən danışıb
Vaşinqtonda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub
Tahir Gözəl Azərbaycanın Bolqarıstan və Fransadakı səfirləri ilə görüşüb
Azərbaycanın Fransadakı səfiri: İnanırıq ki, Paris-2024 bizim üçün ən uğurlu olimpiada olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
"Tasnim": İran və ABŞ memorandumun bəzi bəndləri üzrə razılığa gələ bilmir
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
-
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 500-cü qol qeydə alınıb
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
