Los-Ancelesdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bayram tədbiri keçirilib
sizinxeber.az xəbər saytı

Los-Ancelesdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bayram tədbiri keçirilib


ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində fəaliyyət göstərən Azərbaycanın Baş Konsulluğunun təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bayram tədbiri keçirilib.

"Report"un ABŞ bürosu xəbər verir ki, tədbirdə Los-Anceles şəhərində yaşayan soydaşlarımız, yerli icmanın nümayəndələri, şəhər meriyasının təmsilçiləri, diplomatlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Los Anceles şəhərindəki Baş konsul Vüqar Qurbanov Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixçəsindən bəhs edib və bu əlamətdar tarixin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.

O, Həmrəylik Gününün dünyada yaşayan azərbaycanlılara dövlətin verdiyi dəyər və diqqətin göstəricisi olduğunu deyib.

Ötən illər ərzində Azərbaycanın dünya miqyasında qazandığı tarixi uğurlarından söz açan baş konsul Prezident İlham Əliyevin siyasi iradəsi və müdrik siyasəti və xalqın Ali Baş Komandanın ətrafında sıx birləşməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsinin bütün soydaşlarımız üçün qürur mənbəyi olduğuna diqqət çəkib.

Diplomat xüsusi ilə son illərdə Azərbaycanın inamla inkişaf etdiyini və dünyada nüfuzunun günü-gündən artdığını bildirib.

Tədbirin bədii hissəsində Azərbaycanın milli musiqiləri ifa olunub və rəqsləri nümayiş etdirilib.

Gecədə iştirak edən qonaqlar milli mətbəximizin ləziz təamlarını danıblar.

Tədbirdə Kaliforniyada yaşayan Azərbaycan əsilli rəssamlar öz əsərlərini nümayiş etdirib və eləcə də, ştatda fəaliyyət göstərən Azərbaycan əsilli iş adamlarının iş fəaliyyətli barədə məlumatların yer aldığı sərgi təşkil olunub.

Oxşar xəbərlər

Vaşinqtonda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub
Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
Azərbaycanda bayram tətili başlayıb
İlham Əliyev: Artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi alnıaçıq, üzüağ yaşayırlar
Prezident Los-Ancelesə yeni baş konsul təyin edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər