Rusiya hökuməti Azərbaycanla razılaşmanı təsdiqləyib
Rusiya Federasiyası Hökuməti Moskva və Bakı arasında Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə tranzit yükdaşımaların birgə inkişafı haqqında saziş layihəsini təsdiqləyib.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bu, barədə Rusiya hökumətinin sədri Mixail Mişustin sərəncam imzalayıb.
Sazişin məqsədi nəqliyyat əlaqələrinin səmərəliliyinin artırılması və Şimal-Cənub nəqliyyat dəhlizinin qərb marşrutunun potensialının artırılmasıdır.
Sazişə əsasən, Rusiya Federasiyası və Azərbaycan iki ölkənin sənəd və qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, tranzit daşımalar zamanı malların öz əraziləri üzrə sərbəst hərəkətini təmin edəcəklər.
Gömrük nəzarəti qaydaları həm qanunvericiliklə müəyyən edilmiş razılaşmalara, həm də Moskva və Bakının iştirak etdiyi beynəlxalq müqavilələrə əsaslanacaq.
Sənəddə dəmir yolu infrastrukturu yeniləndikdən sonra hər il Rusiya Federasiyasından Azərbaycana daşınmalı olan yüklərin zəmanətli həcmi də müəyyən edilib. Bu, 2028-ci il yanvarın 1-dən ən azı 5 milyon ton olacaq, müvafiq qərar qəbul edildikdən sonra isə hər il 15 milyon tona yüksələcək.
Oxşar xəbərlər
Overçuk: Rusiya-Azərbaycan sərhədindən yükdaşımaların həcmi 5 dəfə artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə özünə xüsusi nümayəndə təyin edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mixail Mişustin: “Şimal-Cənub” nəqliyyat dəhlizi ticarət üçün yeni imkanlar açacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin Şimal-Cənub dəhlizinin inkişafı üzrə özünə xüsusi nümayəndə təyin edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Duma Moskva ilə Pxenyan arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişi ratifikasiya edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











