Mixail Mişustin: “Şimal-Cənub” nəqliyyat dəhlizi ticarət üçün yeni imkanlar açacaq”
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ticarət və biznes üçün yeni imkanlar açacaq.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.
“Rusiya MDB üzrə tərəfdaşları və İranla birlikdə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizini təşviq edir. Biz dəmir yolu, avtomobil və dəniz daşımaları infrastrukturunun müasirləşdirilməsi və yenidən qurulması üçün kompleks tədbirlər həyata keçiririk. Bu, ticarət üçün yeni imkanlar açacaq və biznesə əlavə üstünlüklər qazandıracaq”, – o bildirib.
M.Mişustin vurğulayıb ki, ŞƏT ölkələrinin nəqliyyat əlaqəsinin təmin edilməsi, etibarlı və səmərəli logistika marşrutlarının qurulması istiqamətində işlər prioritet təşkil edir.
“Biz həm Şərq-Qərb, həm də “Şimal-Cənub” istiqamətində tranzit potensialından maksimum istifadə etməklə yük axınını artıra və vətəndaşların səfərlərinin daha rahat olmasını təmin edə biləcəyik”, - Baş nazir əlavə edib.
Oxşar xəbərlər
Rusiya XİN: “Şimal-Cənub” dəhlizi nəqliyyat və logistika sektorunda fokus fenomenə çevrilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Noyabrda Həştərxanda “Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə beynəlxalq forum keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın nəqliyyat dəhlizlərində yük dövriyyəsi 2 %-dən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qətər “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə maraq göstərir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tacikistan rəsmisi: “Avrasiya Nəqliyyat Marşrutu regionda yükdaşımaların həcmini artıracaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












