Overçuk: Rusiya-Azərbaycan sərhədindən yükdaşımaların həcmi 5 dəfə artıb
sizinxeber.az xəbər saytı

Overçuk: Rusiya-Azərbaycan sərhədindən yükdaşımaların həcmi 5 dəfə artıb


Rusiya-Azərbaycan sərhədindən yükdaşımaların həcmi 5 dəfə artıb.

Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, bunu Moskvada keçirilən MDB İqtisadi Şurasının 104-cü iclası çərçivəsində jurnalistlərə açıqlamasında Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

Onun sözlərinə görə, Rusiya hökuməti beynəlxalq buraxılış məntəqələrinin modernləşdirilməsinə böyük diqqət yetirir. Overçuk noyabrın 28-də Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin bu məsələni qaldırdığını söyləyib.

Rusiya hökumətinin sədr müavini “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi barədə də danışıb. Bildirib ki, “Şimal-Cənub” dəhlizi qitəmizin şimal regionları, Şərq və Qlobal Cənub ölkələri arasında təkmilləşdirilmiş əlaqəni təmin edən əsas istiqamətdir: “Rusiya hökumətinin yeni tərkibində ilk dəfə olaraq nəqliyyat və logistika komponentlərinə cavabdeh olan Baş nazirin müavini vəzifəsi təsis edilib. “Şimal-Cənub” dəhlizi qitənin şimalı, Şərq ölkələri və Qlobal Cənub arasında əlaqəni təmin edən ən mühüm istiqamətlərdən biridir. Söhbət cənub istiqamətinə yeni marşrutların, yeni beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasından və inkişafından gedir. Biz bu problemi kompleks şəkildə nəzərdən keçiririk. Bu, Qara dəniz, Cənubi Qafqaz və Xəzər regionlarına aiddir”.

Overçuk qeyd edib ki, Rusiya həm də Xəzər dənizinin sahili ilə Rusiya-Azərbaycan ərazisindən keçən və daha sonra İrana uzanan qərb marşrutunu fəal şəkildə inkişaf etdirir.

“Bu istiqamətdə çox fəal iş gedir. Bununla yanaşı, burada artıq Azərbaycandan keçməklə Rusiya-İran sərhədini birləşdirən avtomobil marşrutu, müasir yol mövcuddur. Bu yol artıq fəaliyyət göstərir. Rusiya-Azərbaycan sərhədindən yükdaşımaların həcmi 5 dəfə artıb. Hökumətimiz beynəlxalq buraxılış məntəqələrinin təkmilləşdirilməsi və modernləşdirilməsinə böyük diqqət yetirir”, - deyə Rusiya hökumətinin sədr müavini yekunlaşdırıb.

Oxşar xəbərlər

Moskvada Şahin Mustafayevlə Aleksey Overçuk arasında görüş keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya hökumətinin sədri Ermənistana səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Şimal-Cənub” nəqliyyat dəhlizinin şərq qolunun nəqletmə potensialı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moskvada Rusiya-Azərbaycan Elm və Təhsil Forumu keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya və Çin liderləri Kazanda görüşüblər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər