Ulu Öndər Heydər Əliyevin vəfatının 21-ci ildönümü Gürcüstanda qeyd olunub
sizinxeber.az xəbər saytı

Ulu Öndər Heydər Əliyevin vəfatının 21-ci ildönümü Gürcüstanda qeyd olunub


Ulu Öndər Heydər Əliyevin vəfatının 21-ci ildönümü Gürcüstanda qeyd olunub.

"Report"un yerli bürosu xəbər verir ki, dekabrın 12-də Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) İdarə Heyətinin sədri Nəriman Qurbanov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbərliyi və əməkdaşları Tbilisidəki Heydər Əliyev adına parkda Ümummilli Liderin abidəsi önünə əklil və gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Ulu Öndərin Kür çayının sağ sahəsindəki Xatirə lövhəsi və Rustavi şəhərindəki abidəsi də ziyarət olunub.

Qeyd edək ki, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar Gürcüstanın müxtəlif bölgələrində anım tədbirləri, sərgi və "dəyirmi masa"lar təşkil olunub.

Oxşar xəbərlər

“Azpetrol” şirkətinin rəhbərliyi Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı məzarını ziyarət edib
Kiyevdə Heydər Əliyevin vəfatının 21-ci ildönümü münasibətilə anım mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər