Erkin Qədirli: Ermənistanla sülh istiqamətində problemin həll yolu yeni konstitusiyanın qəbuludur
Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində problemin həll yolu ölkədə yeni konstitusiyanın qəbul edilməsidir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin deputatı, hüquqşünas Erkin Qədirli Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi "Azərbaycan-Ermənistan arasında sülh sazişinə başlıca maneə" adlı konfrans çərçivəsində keçirilən "Ermənistan Konstitusiyasının və Qanunlarında Sülh Müqaviləsinə əngəllər" mövzulu paneldə deyib.
Deputat vurğulayıb ki, konstitusiyada preambula parlament tərəfindən referendumla dəyişdirilə bilər:
"Ancaq, təəssüf ki, Ermənistanın Konstitusiya Məhkəməsi məsələni qəlizləşdirərək hesab edir ki, preambula, ümumiyyətlə, dəyişdirilə bilməz. Amma bilməlidirlər ki, bizim bütöv preambula ilə işimiz yoxdur, problem xüsusi cümlədədir. Onun dəyişdirilməsini istəyirik".
Oxşar xəbərlər
XİN rəsmisi: Ermənistanla razılığa gəlmək mümkündür
ABŞ Prezidentinin köməkçisi: Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün tarixi imkan var
Ərdoğan: Azərbaycanla Ermənistan arasında sülh üçün çalışırıq
İlham Əliyev: Ümid edirik ki, Azərbaycanın sülh danışıqları ilə bağlı irəli sürdüyü təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
