İlham Əliyev Avropa Komissiyasının Prezidentini təbrik edib
sizinxeber.az xəbər saytı

İlham Əliyev Avropa Komissiyasının Prezidentini təbrik edib


Prezident İlham Əliyev Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayeni yenidən bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Təbrikdə deyilir:

"Avropa Komissiyasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi-ticari, nəqliyyat-kommunikasiya, təhlükəsizlik, xüsusilə də strateji xarakter daşıyan və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayan enerji sahəsində səmərəli tərəfdaşlıq əlaqələri mövcuddur.

Əminəm ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın qarşılıqlı hörmət və bərabər hüquqlar əsasında hərtərəfli inkişafı istiqamətində bundan sonra birgə səylər göstərəcəyik.

Sizə ən xoş arzularımı çatdırır, Avropa Komissiyasının yeni tərkibdə qarşıdakı fəaliyyətinə uğurlar diləyirəm".

Oxşar xəbərlər

İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidentini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət başçısı İlham Əliyev Aİ Şurasının Prezidentini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: İnanıram ki, Avropa İttifaqı ilə konstruktiv tərəfdaşlığımızın möhkəmlənməsi üçün birgə səylər göstərəcəyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev Venesuela Prezidentini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev Almaniya Prezidentini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle