Rəsmi Bakı: İkitərəfli Saziş layihəsinin mətni üzərində fəaliyyətdə əhəmiyyətli irəliləyiş əldə olunub
sizinxeber.az xəbər saytı

Rəsmi Bakı: İkitərəfli Saziş layihəsinin mətni üzərində fəaliyyətdə əhəmiyyətli irəliləyiş əldə olunub


ATƏT-in zərərli ambisiyaların girovuna çevrilməsinə baxmayaraq, bölgədə Ermənistan-Azərbaycan kontekstində xeyli irəliləyişlər əldə edilib.

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-nin Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında çıxışı zamanı deyib.

"Qanunsuz hərbi mövcudluğun aradan qaldırılması, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası nəticəsində artıq sülh faktiki olaraq bərqərar edilib. Bu, substantiv şəkildə dövlətlərarası münasibətlərin normallaşmasına yol açmaq üçün yeni imkanlar yaradıb", - nazir qeyd edib.

O bildirib ki, Nazirlər Şurasının son iclasından bəri Azərbaycan və Ermənistan birbaşa ikitərəfli dialoq vasitəsilə sərhədlərinin bir hissəsinin delimitasiyasını və demarkasiyasını başa çatdırıblar:

"Müvafiq sərhəd komissiyalarının birgə fəaliyyəti haqqında bu yaxınlarda qüvvəyə minmiş Əsasnamə delimitasiya işinin növbəti mərhələlərinin həyata keçirilməsini təmin edəcək. Digər bir istiqamət üzrə isə ikitərəfli Saziş layihəsinin mətni üzərində fəaliyyətdə əhəmiyyətli irəliləyiş əldə olunub".

Oxşar xəbərlər

XİN: ATƏT-in zərərli ambisiyaların girovuna çevrilməsinə baxmayaraq, bölgədə xeyli irəliləyişlər əldə edilib
Ceyhun Bayramov: Ermənistan tərəfindən də siyasi iradə və məsuliyyət gözləyirik
Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının iclasına qatılmaq üçün Maltaya gedib
Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb
Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər