Qərbi Azərbaycan İcması Cenevrədə keçirilən BMT-nin “Azlıqların Məsələləri üzrə Forumu”nun XVII sessiyasında təmsil olunub
sizinxeber.az xəbər saytı

Qərbi Azərbaycan İcması Cenevrədə keçirilən BMT-nin “Azlıqların Məsələləri üzrə Forumu”nun XVII sessiyasında təmsil olunub


Qərbi Azərbaycan İcması 2024-cü il 28 -29 noyabr tarixlərində Cenevrədə keçirilən BMT-nin Azlıqların Məsələləri üzrə Forumunun XVII sessiyasında təmsil olunub.

Sizinxeber.az xəbər verir ki, icmanın Nəzarət-Təftiş Komissiyasının sədrinin müavini, Milli Məclisin deputatı Şahin İsmayılov tədbirdə iştirak və çıxış edib.

Şahin İsmayılov çıxışında Qərbi azərbaycanlıların Ermənistandan qovulduğunu və nəticədə bu ölkənin tamamilə mono-etnik dövlətə çevrildiyini qeyd edib. Millət vəkili vurğulayıb ki, İcma soydaşlarımızın Ermənistandakı öz dədə-baba yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının beynəlxalq hüquq çərçivəsində təmin edilməsinə xidmət edən Qayıdış Konsepsiyasını qəbul etmişdir və BMT-nin Qərbi azərbaycanlıların qayıdışının və onların hüquq və təhlükəsizliyinin tam şəkildə qorunmasının təmin edilməsində fəal rol oynaması vacibdir.

Ş.İsmayılov Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışının təmin edilməsi məsələsinin BMT-nin insan haqları gündəliyində mühüm yer tutmalı olduğunu da vurğulayıb.

Qeyd edək ki, BMT-nin İnsan Hüquqları Şurasının 2007-ci ildə qəbul etdiyi qətnamə əsasında hər il keçirilən bu forum milli, etnik, dini və linqvistik azlıqlara dair məsələlər üzrə dialoq və əməkdaşlığın təşviq olunması məqsədi daşıyır. Qərbi Azərbaycan İcması artıq 2-ci ildir ki, BMT-nin bu nüfuzlu forumunda iştirak edir. İcma qayıdış məsələsinin beynəlxalq müstəvidə irəlilədilməsi sahəsində fəaliyyətini davam etdirəcəkdir.

Oxşar xəbərlər

Ramil Həsən ATƏT-in İnsan Ölçüsü Konfransının plenar sessiyasında çıxış edib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu: Paşinyanın Qərbi Azərbaycan və “Qərbi Ermənistan” arasında paralel aparmaq cəhdi qəbuledilməzdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təşəbbüs Qrupu: Paşinyanın Qərbi Azərbaycan və “Qərbi Ermənistan” arasında paralel aparmaq cəhdi qəbuledilməzdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qərbi Azərbaycan İcması Kamala Harrisin açıqlamasıyla bağlı bəyanat yayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Deputat: Qərbi azərbaycanlıların fundamental hüquqları pozulub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər