Azərbaycanın Rusiyadakı səfiri Sankt-Peterburqun qubernatoru ilə görüşüb
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Sankt-Peterburq vilayətinin qubernatoru Aleksandr Beqlovla görüşüb.
Səfirlikdən "Report"a verilən məlumata görə, söhbət zamanı iqtisadiyyat, mədəniyyət, elm və təhsil sahələrində ikitərəfli əməkdaşlığın aktual məsələləri müzakirə olunub.
Tərəflər Azərbaycanın və Sankt-Peterburqun gənclər təşkilatları, musiqi və yaradıcılıq kollektivləri arasında dialoqun və qarşılıqlı fəaliyyətin intensivləşdirilməsinin vacibliyini vurğulayıblar.
İki ölkə prezidentinin - İlham Əliyev və Vladimir Putinin Sankt-Peterburq Dövlət Universitetinin bazasında Azərbaycan-Rusiya universitetinin yaradılması haqqında verdiyi tapşırıqların icrasının gedişi, həmçinin görkəmli bəstəkarlar Üzeyir Hacıbəyov və Dmitri Şostakoviçin abidələrinin müvafiq olaraq Sankt-Peterburq və Bakıda qoyulması məsələsi ətraflı müzakirə edilib.
Oxşar xəbərlər
Bakıda anadan olan Beqlov Sankt-Peterburq qubernatoru seçkilərində öndədir
Nazir müavini Firudin Qurbanov Sankt-Peterburq şəhərinə səfər edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
-
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ
