Ermənipərəst ABŞ konqresmendən üzr istəməsi tələb olundu - YENİLƏNİB
Bu gün bir qrup Azərbaycan QHT-lərinin rəhbərləri və ictimai fəallar Azərbaycan xalqını təhqir etmiş, ermənipərəst ABŞ konqresmeni Frank Peloniyə qarşı qaldığı otelin qarşısında növbəti dəfə etiraz aksiyası keçirib.
Sizinxeber.az xəbər verir ki, QHT-lərin əsas tələbləri Peloninin Azərbaycan xalqından üzr istəməsi, dünənki dinc aksiya zamanı ictimai fəallara
qarşı zorakılığa yol vermiş mühafizəçilərinə cinayət işi açılması, Peloninin Azərbaycana qarşı iftira kampaniyalarına görə cavab verməsi olub.
Xatırladaq ki, ötən gün gecə Azərbaycan vətəndaş cəmiyyətinin bir qrup təmsilçisi ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qalması, xəsarətlər alması barədə birgə bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, islamafob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner ABŞ konqresmeni Frank Peloni Azərbaycan xalqına nifrət edən şəxsdir, onun bütün fəaliyyəti Azərbaycana qarşı iftiralar üzərində qurulub. O, ABŞ-da erməni lobbisinin maraqlarını müdafiə edir, dəfələrlə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik edib: “Biz təəssüf edirik ki, BMT belə bir şəxsi COP29-a dəvət edib. Biz onun Azərbaycana səfərinə etiraz edirik. Onun qaldığı otelin qarşısında dinc etiraz aksiyası keçirirək Azərbaycan xalqından üzr istəməsini tələb etmişik. O, müharibə cinayətkarlarına himayəçilik edən şəxsdir. Qarabağda işğal dövründə təbiət məhv edilib, ərazi ekoloji böhran vəziyyətinə düşüb. Belə bir şəxsin dünyada iqlim dəyişmələrinə həsr olunmuş qlobal ekoloji tədbirə BMT tərəfindən dəvət edilməsi COP tarixinə utancverici hadisə kimi düşəcək. Keçirdiyimiz aksiya zamanı Frank Peloni mühafizəçilərinə bizə hücum etmək tapşırığı verib, özü isə suallarımıza cavab verməyib”.
Bu gün davam edən dinc aksiya zamanı QHT fəalları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə Frank Peloninin mühafizəçilərinə qarşı cinayət işi açılması üçün müraciət imzalayıblar.
QHT nümayəndələri Azərbaycan sərhədlərini işğal dövründə dəfələrlə qanunsuz keçmiş sərhəd pozucusu Frank Peloni barəsində hüquqi tədbirlər görülməsini də tələb ediblər.
***
14:21
Azərbaycan xalqını təhqir etmiş, ermənipərəst ABŞ konqresmeni Frank Peloniyə qarşı onun qaldığı hotelin qarşısında Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının etiraz aksiyası bu gün də davam edir.
Sizinxeber.az xəbər verir ki, aksiya iştirakçıları daim Azərbaycan xalqına qarşı qərəzli mövqeyi ilə seçilən F.Peloninin dərhal üzr istəməsini, fikirlərinə düzəliş etməsini, eləcə də dərhal Bakını tərk etməsini tələb edirlər.
Xəbər yenilənəcək.
Oxşar xəbərlər
ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qalmış Azərbaycan QHT təmsilçiləri bəyanat yayıb
Frank Peloni Bakıda “Rədd ol!” şüarları ilə qarşılanıb - YENİLƏNİB
Gürcüstan müxalifəti parlament binası qarşısında növbəti etiraz aksiyası təyin edib
Paris-2024: Azərbaycan güləşçisi 1/4 finalda məğlub olub - YENİLƏNİB
Bakıda COP29 çərçivəsində Avropada miqrantlara qarşı təzyiqlərlə əlaqədar səssiz aksiya keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













