Vüqar Süleymanov mina problemi barədə BMT Baş katibinin köməkçisini məlumatlandırıb
sizinxeber.az xəbər saytı

Vüqar Süleymanov mina problemi barədə BMT Baş katibinin köməkçisini məlumatlandırıb


Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT Baş katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının (BMTİP) Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosunun direktoru İvana Jivkoviç ilə görüşüb.

Bu barədə "Report"a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanda yaradılması nəzərdə tutulmuş ANAMA-BMTİP-nin Mina Təhlükəsi ilə Mübarizə üzrə Beynəlxalq Qabaqcıl Təcrübə və Təlim Mərkəzi ilə bağlı fikir mübadiləsi aparılıb.

Vüqar Süleymanov Azərbaycanın üzləşdiyi mina probleminin insanların həyat və sağlamlığına, ətraf mühitə yaratdığı təhdidlər və bu problemin aradan qaldırılması istiqamətində həyata keçirilən fəaliyyət barədə qonağa məlumat verib.

İvana Jivkoviç sözügedən beynəlxalq tədbirin Azərbaycanda yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, mina təhlükəsi ilə mübarizə sahəsinin BMTİP-nin Azərbaycandakı ən vacib istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.

Görüşdə BMTİP ilə ANAMA-nın uzun illərə dayanan sıx əməkdaşlıq tarixçəsinin olduğu və humanitar minatəmizləmə potensialının gücləndirilməsi və genişləndirilməsi istiqamətində faydalı əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.

Oxşar xəbərlər

Minatəmizləmə əməliyyatlarının icra edildiyi bölgələrə səfərlər planlaşdırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
ANAMA sədrinin müavini BMTİP nümayəndə heyəti ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Laos mina sahəsində təcrübə mübadiləsini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın minatəmizləmə fəaliyyətinə Serbiyanın mümkün dəstəyi müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ANAMA Tailand Minatəmizləmə Mərkəzi ilə əməkdaşlıq perspektivlərini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər