İlham Əliyev Trampa: İlk prezidentlik dövrünüzdə Azərbaycan-ABŞ əlaqələrinin möhkəmlənməsinə böyük diqqət ayırırdınız
Siz birinci prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə, əməkdaşlığımızın davamlı və ardıcıl inkişafına böyük diqqət ayırırdınız.
“Report”un məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Donald Trampın ABŞ-nin ikinci dəfə prezident seçilməsi ilə bağlı təbrik məktubunda deyilir:
“Məmnunluqla qeyd etmək istərdim ki, bu dövr ərzində qarşılıqlı etimad və dəstəyə əsaslanan tərəfdaşlığımız, o cümlədən bir sıra mühüm sahələrdə, xüsusilə də qlobal çağırışlara və terrorizmə qarşı mübarizədə, beynəlxalq sülhün və təhlükəsizliyin gücləndirilməsində, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində birgə fəaliyyətimiz dinamik və yüksələn xətt üzrə inkişafı ilə səciyyələnirdi. Azərbaycanın enerji strategiyasına Sizin daim qətiyyətli dəstəyinizi xüsusi qeyd etmək istərdim”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan Birləşmiş Ştatlar ilə qarşılıqlı fəaliyyətin böyük potensialından yararlanaraq ikitərəfli tərəfdaşlığı bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, təhlükəsizlik, enerji, yaşıl və rəqəmsal keçid və digər istiqamətlər üzrə daha da genişləndirmək və dərinləşdirmək əzmindədir:
“İnanırıq ki, Sizin yeni prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaqdır”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Donald Trampı təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev Vyetnam Prezidentini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev qazaxıstanlı həmkarını təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












