“3+3” formatının iştirakçıları platformanın qapılarının Gürcüstana açıq olduğunu təsdiqləyiblər
İstanbulda keçirilən görüşdə “3+3” regional əməkdaşlıq platformasının iştirakçıları görüləcək işlərin vacibliyini vurğulayıb və platformanın qapılarının Gürcüstan üçün hər zaman açıq olduğunu təsdiq ediblər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə nazirlərin görüşünün yekunlarına dair birgə bəyanatda bildirilib.
“İkitərəfli danışıqların davamlı regional sülhə və iqtisadi inkişafa nail olmaq üçün çoxtərəfli məsləhətləşmələr rolunu oynayacağı vurğulanıb. Platformanın qapılarının Gürcüstan üçün hər zaman açıq olduğu təsdiqlənib”, - bəyanatın mətnində deyilir.
Qeyd edək ki, bu gün İstanbulda Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistanın xarici işlər nazirlərinin iştirak etdiyi “3+3” formatında növbəti görüş keçirilib.
Xarici işlər nazirlərinin müavinləri səviyyəsində ilk görüş 2021-ci ildə Rusiyanın paytaxtı Moskvada, nazirlər səviyyəsində ikinci görüş isə 2023-cü ildə Tehranda keçirilib.
Oxşar xəbərlər
Hakan Fidan: “3+3” formatında XİN başçılarının III görüşü İstanbulda keçiriləcək
Ermənistan XİN İstanbulda nazirlərin “3+3” formatında görüşündə iştirakı təsdiqləyib
Hakan Fidan: "3+3" platformasının növbəti iclası oktyabrın 18-də İstanbulda keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
Moskvada Azərbaycanın Müstəqillik Gününə həsr olunan təntənəli qəbul keçirilib - FOTO
-
Oman sahillərində tanker atəşə tutulub
-
"AzerGold" qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb
-
Yevlaxda baba və nəvəsini avtomobil vurub, ölən var
