Ukraynada Azərbaycan dili üzrə ödənişsiz fakultativ açılıb
sizinxeber.az xəbər saytı

Ukraynada Azərbaycan dili üzrə ödənişsiz fakultativ açılıb


Ukraynada Azərbaycan dilinin öyrənilməsi üçün pulsuz onlayn fakultativ açılıb.

“Sizinxeber.az” xəbər verir ki, dərsləri Kiyev Milli Linqvistik Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri İntiqam Şıxızadə “Zoom” onlayn platforması vasitəsilə aparır.

Fakutativ çərçivəsində Ukraynanın hər yerindən gələn tələbələr təkcə dili öyrənmək deyil, həm də Azərbaycanın zəngin mədəniyyəti və tarixi, coğrafiyası, adət və ənənələri ilə tanış olmaq imkanı əldə edir.

Layihə artıq həm iştirakçılar, həm də müəllimlər tərəfindən müsbət rəy alıb və onlar Azərbaycanla Ukrayna arasında ikitərəfli münasibətlərin inkişafı üçün belə təşəbbüslərin əhəmiyyətini vurğulayırlar.

“Hazırda fakultativin 50-dən çox iştirakçısı var və onların əksəriyyəti ukraynalıdır. Tələbələr arasında bir neçə azərbaycanlı və müxtəlif universitetlərin müəllimləri də var”, - fakultativin təşəbbüskarı, Ukrayna-Türk Mərkəzinin həmtəsisçisi Marina Qonçaruk qeyd edib.

Qeyd edək ki, fakultativ Ukrayna-Türk Mərkəzinin himayəsi və vəkil Şəmsi Məhərrəmovun dəstəyi ilə keçirilir.

Oxşar xəbərlər

Anadolu Liseyində Azərbaycan dili fənni ləğv edilib - AÇIQLAMA
Xaricdə yaşayan azərbaycanlılar üçün Azərbaycan dili dərsliyi çap olunacaq
Azərbaycanın İtaliyadakı Mədəniyyət Mərkəzinin 2025-ci il üçün böyük tədbirlər planı hazırlanıb
TikTok mədəniyyətimizi və dilimizi dəstəkləmək üçün böyük potensiala malikdir – İlkin Həsəni
“Naftoqaz” SOCAR ilə Azərbaycan qazının Ukraynada saxlanması mümkünlüyünü müzakirə edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər