Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 9-da ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşaviri Con Podestanı qəbul edib.
"Sizinxeber.az" xəbər verir ki, qəbula görə dövlət başçısına minnətdarlığını bildirən Con Podesta COP29-la bağlı azərbaycanlı həmkarlarla çox səmərəli və məhsuldar söhbətlərin aparıldığını deyib.
Qonaq Azərbaycan Prezidenti ilə COP29 barədə fikir mübadiləsi aparmaqdan məmnunluq hissi keçirdiyini vurğulayıb.
Con Podesta deyib ki, COP sədri qismində ölkəmizin hazırlıq üçün vaxtının az olmasına baxmayaraq, Azərbaycan heyəti tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilib. O, qarşıdan gələn COP-da İkiillik Şəffaflıq hesabatları və digər məsələlər, xüsusilə də yeni kəmiyyət maliyyə hədəfi üzrə mühüm qərarların qəbul olunmasının vacibliyini bildirib.
Prezident İlham Əliyev Con Podestanın Azərbaycan tərəfi ilə yaxşı əlaqələr yaratmasını məmnunluqla qeyd edib.
COP29-un əhəmiyyətinə toxunan dövlət başçısı bu tədbirin yaxşı nəticələr verəcəyinə ümidvarlığını bildirib.
Prezident İlham Əliyev bu konfransın keçirilməsi ilə bağlı hazırlıq işlərinə bir ildən də az müddət olmasına baxmayaraq onun yüksək səviyyədə təşkil olunması və iştirakçı ölkələr arasında konsensusun əldə edilməsi istiqamətində Azərbaycanın böyük səylər göstərdiyini deyib.
Azərbaycan tərəfinin sədr olaraq ölkələr arasında körpülərin qurulmasına çalışdığını vurğulayan dövlət başçısı ölkəmizin bir sıra təsisatlarda üzvlüyünün və müxtəlif dövlətlərlə yaxın əlaqələrinin olmasının COP29-da konsensusun qurulması prosesinə töhfə verəcəyinə ümidvarlığını ifadə edib.
Söhbət zamanı Azərbaycan və ABŞ COP nümayəndə heyətləri arasında yaxşı əməkdaşlığın olduğu vurğulanıb.
Bakıda keçirilən COP-öncəsi tədbirin vacibliyi qeyd olundu və bu çərçivədə aparılan müzakirələrin qarşıdan gələn COP tədbirinin gündəliyinin müəyyən olunması üçün önəmi bildirilib.
Con Podesta ABŞ-ın regional sülh gündəliyini dəstəklədiyini diqqətə çatdırıb.
44 günlük Vətən müharibəsindən sonra Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin və onun əsasını təşkil edən beş fundamental prinsipin təşəbbüskarının məhz Azərbaycan tərəfi olduğunu deyən Prezident İlham Əliyev qeyd edib ki, ölkəmiz regional sülh gündəliyini dəstəkləyir.
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli gündəliyə aid məsələlər də müzakirə olunub.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 9-da ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşaviri Con Podestanı qəbul edib.
"Sizinxeber.az" xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Prezidentinin baş müşaviri Azərbaycana gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibini qəbul edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












