Şahin Mustafayev: Bakı enerji sahəsində Daşkəndlə əməkdaşlıq üçün böyük perspektivlər görür
Azərbaycan Özbəkistanla əməkdaşlığın daha da genişlənəcəyinə əmindir və enerji sektorunda əməkdaşlığın dərinləşdirilməsi üçün böyük perspektivlər görür.
“Report” xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Bakıda Özbəkistan Respublikasının müstəqilliyinin 33 illiyinə həsr olunmuş tədbirdə deyib.
“Dövlət başçıları arasında şəxsi etimad və daimi təmaslar ikitərəfli münasibətlərin bütün sahələrdə möhkəmlənməsini və dərinləşməsini təmin edən əsas amillərdəndir. Ticarət, iqtisadiyyat və investisiya sahəsində əməkdaşlıq əlaqələrimizin əsas prioritetlərindən biridir”, - o bildirib.
Ş.Mustafayev qeyd edib ki, bu ilin ilk 7 ayı ərzində Özbəkistanla qarşılıqlı ticarət dövriyyəsi 28 % artaraq 135,4 milyon ABŞ dolları təşkil edib.
Oxşar xəbərlər
Şahin Mustafayev: Çindən Avropaya malların tədarükü üçün ən qısa yollar Azərbaycandan keçir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qətər rəsmisi: "KƏŞ ölkələri və Azərbaycan arasında qarşılıqlı investisiya üçün perspektivlər var" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moskvada Şahin Mustafayevlə Aleksey Overçuk arasında görüş keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfir: Özbəkistan Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirməyə çalışır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moskva və Bakı ikitərəfli ticari-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













