Bakıda BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının 2-ci günü başa çatıb
Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransı və Ümumi Yığıncağının 2-ci günü uğurla başa çatıb.
"Sizinxeber.az" xəbər verir ki, dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağı 29 sentyabr - 2 oktyabr tarixlərində Bakı şəhərində keçirilir.
Bakı Konqres Mərkəzində baş tutan tədbirin 2-ci günündə 95 ölkədən 500-ə yaxın şəxs iştirak edib.
Tədbir çərçivəsində müxtəlif ölkələrin prokurorluq və ədliyyə qurumları arasında ikitərəfli və çoxtərəfli görüşlər baş tutub. Bundan əlavə, müxtəlif plenar sessiyalar, xüsusi maraq sessiyaları və şəbəkə iclasları keçirilib.
"Müstəqil cinayət ədliyyə sisteminin üç əsas sütununu tarazlaşdırmaq üçün milli yanaşmalar - problemlər və cavablar" plenar sessiyası, “Prokurorun ittiham tərəfi ilə müdafiə tərəfi arasında bərabərliyin təmin edilməsində rolu”, “Cəza prosesində prokurorun rolu” seminarlarında səmərəli fikir mübadilələri baş tutub, müzakirələr aparılıb.
Oxşar xəbərlər
Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı keçirilir
Heydər Məmmədov: 30-dan çox ölkənin Baş prokuroru Bakıdakı konfransda toplaşacaq
Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib
Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir
Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağı keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
