Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağı keçirilir
Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimi keçilir.
Sizinxeber.az-nın məlumatına görə, əvvəlcə Baş Prokuror Kamran Əliyev Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciəti oxuyub.
Qeyd edək ki, 95 ölkənin Baş prokurorları və digər yüksək vəzifəli nümayəndələri daxil olmaqla, ümumilikdə 465 nəfərdən çox təmsilçinin iştirak etdiyi tədbir çərçivəsində müxtəlif plenar sessiyalar, xüsusi maraq sessiyaları, işçi qrup toplantıları, şəbəkə iclasları, habelə ikitərəfli çoxtərəfli görüşlər təşkil olunacaq.
Əsas mövzusu “Hüququn aliliyinin qorunmasında prokurorun rolu” olan konfransın gedişində müxtəlif ölkələri təmsil edən prokurorlar və hüquqşünaslar arasında peşəkar əlaqələrin qurulması üçün bir sıra sosial tədbirlərin keçirilməsi planlaşdırılır.
Konfransda cinayət təqibində rəqəmsal sübutlar və süni intellektin cinayət prosesində istifadəsi, cinayət mühakimə sistemində şəffaflığın artırılması və ictimai etimadın gücləndirilməsi, gender əsaslı zorakılıq cinayətlərinin istintaqı, iqtisadi cinayətkarlıq və əmlakın bərpası və bu kimi digər mövzular üzrə çıxışlar nəzərdə tutulur.
Qeyd edək ki, tədbir çərçivəsində eyni zamanda Beynəlxalq Prokurorlar Assosiasiyasının strategiyası və gələcək fəaliyyəti ilə bağlı bir sıra mühüm əhəmiyyətli qərarların qəbulu planlaşdırılır.
Oxşar xəbərlər
Beynəlxalq Prokurorlar Assosiasiyasının Baş katibi Azərbaycana gəlib
Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib - FOTO
Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycana gəlib
Beynəlxalq Prokurorlar Assosiasiyasının Baş katibi: Qlobal iqlim dəyişikliyinə qarşı birgə mübarizə önəmlidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
